17 yaşlı qız özünü işıq dirəyindən atmaq istədi

17 yaşlı qız özünü işıq dirəyindən atmaq istədi

Kürdəmirdə 17 yaşlı qız intihara cəhd edib.

Vətəninfo.az APA-ya istinadla xəbər verir ki, bu gün saat 15:30 radələrində rayonun Soltan Şıxaliyev küçəsində 1998-ci il təvəllüdlü A.M. dəmir yoluna məxsus 15-20 metr hündürlüyündəki işıq dirəyinə çıxaraq özünü oradan atmaq istəyib.

Hadisə yerinə gedən Fövqəladə Hallar Nazirliyinin və digər qurumların əməkdaşlarının A.M.-lə apardıqları söhbətdən sonra o, fikrindən yayındırılıb və dirəkdən düşürülərək ailəsinə təhvil verilib. İlkin məlumata görə, gənc qızın intihara cəhd etmək istəməsinə səbəb ailədaxili münaqişə olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az