18 ildir axtarışda olan avtoritet "Nardaranlı Bala" SAXLANILDI

18 ildir axtarışda olan avtoritet
Azərbaycanda 18 ildir axtarışda olan şəxs tutulub.

Miq.az report
-a istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü İlhan Əliyev "Nardaranlı Bala" ləqəbi ilə tanınan kriminal avtoritet Balaqardaş Dadaşovun dəstəsinin üzvü olub.

İlhan Əliyev 2000-ci ildən Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə axtarışa verilib. Amma o, istintqadan qaçaraq gizlənib. İ.Əliyev 18 ildən sonra saxlanılıb.

Məlumata görə, həmin dəstə üzvləri Azərbaycanda adam oğurluğu ilə məşğul olub. Dəstə üzvlərinin bir qismi artıq cəzalarını çəkərək azadlığa çıxıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az