18 yaşlı qız xəstəxanada öldü - Foto

18 yaşlı qız xəstəxanada öldü - Foto

Yevlax rayonunda 18 yaşlı qız xəstəxanada ölüb. 2000-cı il təvəllüdlü Sona Vüqar qızı Əliyeva ötən gecə səhhətində yaranan narahatlığa görə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Yevlax şəhər sakini olan gənc qız müayinə edildikdən sonra səhər saatlarında tibb müəssisəsində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib.

Xəstəxanadan verilən məlumata görə, ölümün səbəbi ekspertiza rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az