190 azərbaycanlı Alanyada villa alıb – QİYMƏTLƏR

190 azərbaycanlı Alanyada villa alıb – QİYMƏTLƏR

"Ötən il 47 azərbaycanlı Türkiyənin turizm bölgəsi olan Alanya şəhərində mülk alıb”.

 

 Modern.az-ın məlumatına görə, bunu Alanya ticarət və sənaye odasının məclis başqanı Mətin Atalay azərbaycanlı jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, Alanya şəhərində 190 azərbaycanlının evi var. M.Atalay qeyd edib ki, Alanya şəhərində evlərin qiyməti 30 min avrodan başlayır.

"Burada evlərin qiyməti yerləşmə yerinə görə fərqlənir. Qiymətlər 30 min avro ilə 1 milyon avro arasında dəyişir. Eyni zamanda qeyd edim ki, Alanyada 27 azərbaycanlı ortaq şirkətə sahibdir. Bundan əlavə, 40 min xarici vətəndaşın da Alanyada evi var”.

Alanyanın turizm imkanlarından söz açan M. Atalay vurğulayıb ki, il ərzində Alanyaya 4 milyona yaxın turist gəlir.

"Nəticədə bölgə turizm mövsümündə 4 milyard dollar gəlir əldə edir”.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az