"1992-ci ildən bu yana bu cür döyüş ruhunun artmasını görməmişdim"-Tarixçi alim


Azərbaycanda yüksək rütbəli zabitlərin şəhid olması cəmiyyətdə ruh yüksəkliyini aşağı salmadi. İqtidarlı, müxalifətli hamı Ali Baş Komandanın ətrafında birləşib. Bizə Vətən lazımdır, ərazi bütövlüyümüz lazımdır.

Tovuzun sərhəd bölgəsinə kasıb, varlı hamı axışırdı. İndi də axışır. Bütün respublika ölkənin rəhbərliyindən hücum əmrini gözləyir. Əli silah tutan döyüşə getmək istəyir. 1992-ci ildən bu yana bu cür döyüş ruhunun artmasını görməmişdim. Millət erməni şudraları cəzalandırmaq istəyir. Torpaqlarmızı azad görmək istəyir. Millət öz namus məsələsi olan Qarabağı qaytarmaq istəyir. Dünya da bizim tərəfimizdədir. 

Ukrayna, Pakistan, hətta İran da gedən döyüşlərə münasibət bildirərkən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini ifadə etdilər. Qardaş Türkiyə isə hər zaman yanımızda olacağını bəyan etdi. Biz nəyi gözləyirik? Əsl məqam deyilmi? Əlimizdə BMT qətnamələri vardır. BMT də, Avropa Parlamenti də, Avropa Şurası da dəfələrlə sənəd qəbul ediblər ki, Ermənistan qoşunlarını işğal etdikləri ərazilərdən çıxarmalıdır. Hərbi cəhətdən də biz üstünük. Çünki müdafiə nazirimiz dəfələrlə bəyan edib ki, bizdə ən müasir silahlar vardır. Onda niyə dayanırıq? 

Biz Qarabağa hücum əməliyyatlarına başlamalıyıq. Ermənistan bu əraziləri məskunlaşdırır, yollar çəkir, ərazini Ermənistanla birləşdirir. Elə bu kifayətdir ki, ora artilleriya ilə şumlayaq. Xocalı aeroportunu şumlamaq lazımdır. Bizdə olan ən müasir silahları işə salıb bunu həyata keçirmək lazımdır. Sonra da piyada hissələr hərəkətə keçməlidir. Bütün millət "Qarabağı vur” deyir!!! Vuraq da... 

Sizi bilmirəm, mən Qarabağsız yaşamaq istəmirəm... Belə şərəfsiz yaşamaqdansa, bu yolda şəhid olmaq istəyirəm! General millətin simvoludur! Bu gün şəhid olan bu generalın qısasını Qarabağda almalıyıq. Niyə Qarabağa hücum etməyək? Məni bu düşündürür? Bilirəm ki, deyəcəksiniz, arxada ayı Rusiya vardır, özünün donuz xisləti ilə buna mane olur. Bəli, bizim general və onunla şəhid olanların həlak olmasında birbaşa düşmənlərimizin əlli vardır... Neynəyək, gözləməliyik? Elə Rusiyanın bu həyasızlığına görə də biz ordumuzun Moskvada paradda iştirak etməsinin əleyhinə idik!

 Bizim də güclü qüvvəmiz vardır: Azərbaycan milli düşərgəsi!!! Bu gün bütün Güney ayaq üstədir!!! Təbrizdə Qarabağ savaşına getmək üçün gənclər sıraya düzülübdür... Ölkəmizin bütün vətənpərvər gəncləri müharibə istəyir. Bundan böyük qüvvə!!! Bizim qarşımızda heç bir qüvvə, heç bir dövlətin casus şəbəkəsi dayana bilməz. 

Əksinə, vəziyyət belə qalarsa, Ermənistan daha da həyasızlaşacaqdır!!! Tez-tez istədiyi hərəkətlərə yol verəcəkdir! Bunun qarşısını almağın yolu yalnız Qarabağ istiqamətində hücumlara başlamaqdır! Biz bunu istəyirik! Biz bir Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq bunu istəyirik!!!

Dilavər Əzimli 
Tarixçi alim


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az