1995-ci ildən sonra ilk dəfə DÜŞMƏN helikopteri vuruldu- Mi-24

1995-ci ildən sonra ilk dəfə DÜŞMƏN helikopteri vuruldu- Mi-24

Düşmənin Mi-24 tipli döyüş helikopterinin vurulması 1995-ci ildən sonra ilk hadisə idi...

Bu gün hərbi qulluqçumuz İlkin Muradovun təxribatçı düşmən helikopterini vurmasından 4 il keçir.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu hərbi xidmətdə sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmiş və qiymətli hədiyyə ilə mükafatlandırılmışdı. 

İlkin Muradov düşmənin döyüş cütlüyündən ibarət helikopterlərdən birini vurub, digəri isə atəş zonasından yayınaraq uzaqlaşmışdı.  Düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçusu məhv edilmişdi.

Bu gün qəhrəmanımız özü ordu sıralarını tərk etsə də, adı həmişə qəlbimizdədi...
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az