2 il əvvəl işdən çıxarılan rəis yenidən vəzifəsinə qaytarılıb

2 il əvvəl işdən çıxarılan rəis yenidən vəzifəsinə qaytarılıb
Bərdə Rayon Elektrik Şəbəkəsinə yeni rəis təyin edilib.

"Report” un Qarabağ mərkəzinin verdiyi məlumata görə, "Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə Vidadi Babayev gətirilib. Bu barədə ASC-nin sədri Baba Rzayev müvafiq əmr imzalayıb.
Rayon Elektrik Şəbəkəsinin əvvəlki rəisi Fərid Daşdəmirli bir müddət əvvəl tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, yeni rəis V.Babayev əvvəllər Bərdə Rayon Elektrik Şəbəkəsinin rəisi olub. O, 2017-ci ildə Bərdə Rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsindən azad olunub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az