20 nəfər iş yerində dünyasını dəyişib - Azərbaycanda

20 nəfər iş yerində dünyasını dəyişib - Azərbaycanda
Bu ilin I yarısında Azərbaycanda istehsalat prosesində 71 bədbəxt hadisə baş verib.
 
Miq.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev məlumat verib.
Onun sözlərinə görə, bu hadisələr nəticəsində 20 nəfər vəfat edib.
Ən çox bədbəxt hadisə tikinti sektorunda qeydə alınıb.
Xatırladaq ki, 2017-ci ilin yekununda istehsalatda bədbəxt hadisələrin sayı 151 olub. Bunlardan 11-i qrup halında baş verib.
Ötən il istehsalat prosesi zamanı 61 nəfər həyatını itirib, 121 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
O cümlədən tikinti sektorunda baş vermiş 36 bədbəxt hadisə (onlardan 1-i qrup halında qeydə alınıb) nəticəsində ölənlərin sayı 17 nəfər, xəsarət alanların sayı isə 24 nəfər olub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az