Dollar bahalaşır

Dollar bahalaşır
ABŞ dollarının indeksi 0,09% möhkəmlənərək 103,1 bənd səviyyəsinə çatıb.

Miq.az  "APA-Economics"ə istinadən xəbər verir ki, beləliklə, dolların indeksi yenidən 14 illik maksimum göstərici olan 103,65 bənd səviyyəsinə yaxınlaşıb.

Avro dollara nisbətən 0,13% ucuzlaşaraq 1,0439 dollar həddinə enib. Halbuki, bundan öncə avro 1,0469 dollaradək bahalaşa bilib.

Avstraliya dolları 0,18%, yəni 0,7182 dollaradək ucuzlaşıb. Beləliklə, "yaşıl qitə"nin rəsmi valyutasının məzənnəsi 7 aylıq minimuma, yəni 0,7160 dollar səviyyəsinə yaxınlaşıb.

ABŞ valyutası İngiltərə funt sterlinqinin məzənnəsinə də təzyiq göstərməkdədir. Belə ki, funt sterlinq 0,21%, yəni 1,2271 dollar səviyyəsinədək ucuzlaşıb.

Dollar Yaponiya yeninə qarşı 0,22% möhkəmlənib və 117,33 yenə çatıb. Xatırladaq ki, Donald Tramp prezident seçilən gündən dollar yenə qarşı bahalaşır. Seçkilərdən bu günədək yen 10% ucuzlaşıb.

Qeyd edək ki, bir çox birjalar bayram tətilinə bağlansa da, bəzilərində kiçik həcmdə ticarətlər aparılır.

Yeri gəlmişkən, bazar iştirakçıları dolların ciddi korreksiyaya uğramasını proqnozlaşdırır.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az