2018-ci ilin dövlət büdcəsinin gəlir və xərcləri artırılır

2018-ci ilin dövlət büdcəsinin gəlir və xərcləri artırılır
2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirləri 22 mlrd. 110 mln. manat, xərcləri isə 23 mlrd. 61 mln. manat nəzərdə tutulur.

"Report”un verdiyi xəbərə görə, 2018-ci il dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirləri gözlənilən ÜDM-in 29,6%-ni təşkil etməklə 22 mlrd. 110 mln. manat proqnozlaşdırılır.
Bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 mlrd. 983 mln. manat və ya 9,9%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 593,3 mln. manat və ya 33.9% çoxdur.
Yenidən baxılma ilə dövlət büdcəsinin xərclərinin 2 mlrd. 14 mln. manat artırılaraq 23 mlrd. 61 mln. manata çatdırılması nəzərdə tutulur. Bu da təsdiq olunmuş proqnoza əsasən 9,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 466,5 mln. manat və ya 31,1% çoxdur. Artımdan sonra dövlət büdcəsinin xərclərinin cari ilin sonuna gözlənilən ÜDM-in 30,9%-inə bərabər olacaq ki, bu da təsdiq edilmiş göstəricidən 0,6 faiz bəndi, 2017-ci ilin faktiki icra göstəricisindən 5.8 faiz bəndi çoxdur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az