Oqtay Şirəliyevin qızı ermənini özünə köməkçi təyin etdi

Oqtay Şirəliyevin qızı ermənini özünə köməkçi təyin etdi

Xəbər verdiyimiz kimi, oktyabr ayının 1-də Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Azərbaycan Səhiyyə Naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyevanı vilayətin mədəniyyət naziri təyin edib.

Nərmin Şirəliyeva bu posta təyinat aldıqdan sonra ermənini özünə köməkçi götürüb. Köməkçisinin adı isə Karen Spartakoviçdir.

Qeyd edək ki, Nərmin Şirəliyeva məşhur erməni aktyor Armen Ciqarxanyanla yaxın dostluq münasibətləri var. Bu münasibətlərə Armen Ciqarxanyan belə münasibət bildirib: 

"Mən erməniyəm, ancaq mənim tamamilə Nərminlə möcüzəvi dostluq münasibətlərim var”.

Bundan başqa N.Şirəliyevanın digər erməni məşhurlarla da yaxın dostuluq əlaqələri var.

Xatırladaq ki, Nərmin Şirəliyeva 2013-cü ildən Moskva vilayəti qubernatorunun Administrasiyasında mədəniyyət müşaviri vəzifəsində işləyib. Nərmin Şirəliyeva Bakıda anadan olub, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun məzunudur.(Unikal.org)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az