“Lotu Quli” sərbəst buraxıldı

“Lotu Quli” sərbəst buraxıldı
Bu dəqiqələrdə Türkiyədəki qaynaqlardan əldə etdiyimiz məlumata görə "Lotu Quli" ləqəbli məşhur kriminal avtoritet Nadir Səlifov sərbəst buraxılıb.
 
Miq.az virtualaz
-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl polis tərəfindən saxlanılmışdı və daha sonra barəsində deportasiya qərarının çıxarılması üçün miqrasiya xidmətinə göndərilmişdi. N. Səlifov bir neçə gündür miqrasiya xidmətində saxlanılırdı. Onun Azərbaycana deportasiya edilməsi barədə qərar çıxarıldığı bildirilirdi.
 
Məlumata görə məhkəmə "Lotu Quli"nin Türkiyədən deportasiya edilməsinə dair Miqrasiya İdarəsinin qəbul etdiyi qərarı ləğv edib. Beləliklə, onun Türkiyədə yaşaması üçün hazırda hüquqi baxımdan heç bir əngəl qalmayıb və məlumata görə "Lotu Quli" bundan sonra da İstanbulda yaşamaqda davam edəcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az