Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 4-də 63,86 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,63 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 4-də 62,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,63 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 4-də 58,74 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,76 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 4-də 61,08 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,73 dollar/barel çoxdur.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az