İnam Kərimovdan YENİ TƏYİNAT

İnam Kərimovdan YENİ TƏYİNAT
Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə yeni direktor təyinatı olub.

Miq.az Report-a istinadən xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ramil Salman oğlu Salmanov Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin olunub. O, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Neftçala rayon şöbəsinin direktoru vəzifəsində işləyib.

Qeyd edək ki, bu təyinatadək Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor vəzifəsini Mustafa Əliyev icra edib.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az