Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 10-da 69,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 66,56 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,32 dollar/barel azdır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az