22 kq-a yaxın narkotik vasitə aşkarlandı

22 kq-a yaxın narkotik vasitə aşkarlandı
Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlərini uğurla davam etdirirlər.

DİN-dən Miq.az-a verilən məlumata görə, iyunun 9-da və 10-da bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 22 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
 
Qeyd edək ki, ötən iki gün ərzində daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az