37 il sonra sel əsgərin cəsədini ölkəsinə gətirdi

37 il sonra sel əsgərin cəsədini ölkəsinə gətirdi

Son günlər İranın bir sıra əyalətlərini cənginə alan leysan yağışları möcüzəvi hadisəni ortaya çıxardı desək, yanılmarıq.

Axar.az xəbər verir ki, leysanın əmələ gətirdiyi sel suları 1982-ci ildə, İran-İraq müharibəsi zamanı itkin düşən iraqlı əsgər Əbdüləmir Hacı Cabbarın cəsədini ölkəsinə gətirib.

Hərbçinin meyiti 37 il sonra İraqın Misan şəhəri yaxınlığında tapılıb.

Belə ki, qol saatı, üzərində müxtəlif əşyaların tapılması ilə cəsədin Cabbara aid olduğu məlum olub.

Daha sonra yaxınları tərəfindən Cabbarın nəşi doğulduğu Fəcr ərazisində torpağa tapşırılıb.

Qeyd edək ki, 37 il öncə ailəsi Ə.H.Cabbardan uzun müddət xəbər almayınca onu itkin olaraq qəbul edib.

Uzun illər sonra ailə üzvləri ondan ümidini kəssə də, gənc əsgəri boya-başa çatdığı torpaqda dəfn etmək istəyirdilər.

İranın bir çox şəhərlərini viran qoyan sel suları isə onların bu istəyini "yerinə yetirdi".

Miq.Az

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az