40 ABŞ əsgəri 300 rus muzdlunu necə qırdı? – Şok detal

40 ABŞ əsgəri 300 rus muzdlunu necə qırdı? – Şok detal

"Nyu York Tayms” qəzeti 7 fevralda Deyr əz Zor şəhərində ABŞ və Rusiyanın "Vaqner” özəl hərbi şirkətinin muzdluları arasında baş verən döyüşün detalları haqqında məlumat yayıb.

Axar.az xəbər verir ki, qəzet kürd hərbi birləşmələrinə qarşı hücumun axşam yerli vaxtla 22:30-da başladığını bildirib:

"Hücum tanklar, artilleriya və minaatanların vasitəsilə gerçəkləşdirilib. Dörd saatlıq qarşıdurma nəticəsində 300-ə yaxın əsgər ABŞ xüsusi təyinatlılarının müdafiə etdiyi Konoko neftayırma zavodunun yaxınlığında məhv edilib. Hücum zamanı ABŞ xüsusi təyinatlılarının sayı 40 nəfər olub və onlar arasında heç bir itki qeydə alınmayıb”.

Maraqlı məqam odur ki, hücumdan öncə ABŞ hərbçiləri hücuma keçən qruplaşmanın ruslar olduğundan şübhələnib, amma Rusiya hərbi rəhbərliyi bu qruplaşmanın onlar tərəfindən idarə edilmədiyini bildirib:

"15 dəqiqə ərzində amerikalılar Rusiya tərəfi ilə əlaqə qurmağa çalışıblar ki, hücum dayandırılsın. Onların bu istəyi baş tutmadıqdan sonra amerikalılar bir neçə xəbərdarlıq atəşi ilə hücumu dayandırmaq istəyiblər. Bu alınmadıqda havadan dəstək istənilib və nəticədə təyyarələr hücum edən qüvvəyə ağır zərbə endiriblər”.

Qeyd edək ki, Deyr əz Zor yaxınlığında "Vaqner” muzdlularının məhvi xəbəri bundan öncə Rusiyada geniş əks-səda doğurmuşdu. Moskva bu faktı qismən təsdiqləyərək, bu qüvvələrin onun tabeliyində olmadığını bəyan etmişdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az