500 MƏHBUS ƏFV EDİLƏCƏK – Onların arasında “ömürlüklər” də var

500 MƏHBUS ƏFV EDİLƏCƏK – Onların arasında “ömürlüklər” də var
Gələn həftə Azərbaycan Prezidenti tərəfindən əfv sərəncamı imzalanacaq.
 
Gununsesi.info-nun xəbərinə görə, artıq Əfv Məsələləri Komissiyası öz işini yekunlaşdırıb.
Komissiyadan əldə etdiyimiz məlumata görə, bir neçə aydır davam edən iclaslarda 1500-dən artıq müraciətə baxılıb. Həmin müraciətlərin böyük əksəriyyəti barədə müsbət qərar qəbul olunsa da bu sərəncamın 500-dək məhkuma şamil olunacağı bildirilir.
Gununsesi.info-nun xəbərinə görə, əfv sərəncamında bir neçə siyasi məhbusun da azadlığa çıxacağı gözlənilir.
Həmçinin, bu dəfəki əfvi digərlərindən fərqləndirən daha bir yenilik isə sərəncamın bəzi ömürlük məhkumlara da şamil ediləcəyi barədədir. Bilgilərə görə, cəzasının 16 ilindən çox çəkən "ömürlüklər”in cəzası endiriəcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az