8 nəfərin güllələndiyi qan davasının təfərrüatları – Yaralı danışdı (VİDEO)

8 nəfərin güllələndiyi qan davasının təfərrüatları – Yaralı danışdı (VİDEO)
Dünən Ağstafada baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

Rayonun Sadıqlı kəndində Musayevər və Süleymanovlar arasındatorpaq üstündə davam edən münaqişədə güllələnən iki nəfərin qisasını almaq üçün Sadıqlı kənd sakini 25 yaşlı Elnur Süleymanov "Kalaşnikov” markalı avtomatla Böyük kəsik kəndinə gələrək Şərqiyyə Musayevaya onun övladları – məhkumluk həyatı yaşamış Şəmiddin Musayev və Novruz Musayevə ard-arda atəş açaraq qətlə yetirib.
Bu zaman ətrafdakı satıcı Ağgöl kənd sakini Zeynəb Cəlilovada güllə yarası alıb. O da aldığı güllə yarasındanca dünyasını dəyişib.
Silahlı insident zamanı ətrafdakı kütləyə də atəş açılıb. Bu zaman 55 yaşlı Lilpar Əhmədova, 20 yaşlı İbrahim Abdullayev və 68 yaşlı Nüsrət İsayev müxtəlif dərəcəli güllə yaraları alıb.
Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.
Cinayət törədən Elnur Süleymanov polisə könüllü təslim olub. Onun istifadə etdiyi silah isə maddi sübut kimi götürülüb. //Minval.info
 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az