81 yaşlı kişi 13 yaşlı qıza təcavüz etdi - Bakıda şok

81 yaşlı kişi 13 yaşlı qıza təcavüz etdi - Bakıda şok
Bakının Binəqədi rayonunda ağlasığmaz seksual təcavüz baş verib.

Hadisə ona görə ağlasığmazdır ki, təcavüzü törətməkdə günahlandırılan şəxsin 81, onun qurbanı olan qızın isə 13 yaşı var.
Miq.az  xəbər verir ki, bu barədə məlumatı Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, hadisə martın 5-i saat 16:00 radələrində, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroy detal küçəsində yerləşən 52 saylı evin qarşısında baş verib.

Bakı şəhər sakini, 1937-ci il təvəllüdlü K.H. 2005-ci il təvəllüdlü N.M.-ya qarşı seksual xarakterli hərəkətlər edib. Təcavüz faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlayıb. Faktla bağlı Binəqədi rayon prokurorluğu araşdırma aparır.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az