ABŞ bu ölkənin ərazi bütövlüyünü TƏHDİD EDİR – Moskvadan SƏRT İTTİHAM

ABŞ bu ölkənin ərazi bütövlüyünü TƏHDİD EDİR – Moskvadan SƏRT İTTİHAM
Suriya torpaqlarında hazırda ABŞ gücləri yerləşib. Hətta müxaliflər də ABŞ-ın hərbi varlığından məmnun olmadıqlarını açıq şəkildə ifadə etdilər.

Miq.az publika.az-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Astanada Suriya üzrə toplantıdan sonra keçirdiyi mətbuat konfransında səsləndirib."Suriya müxalifəti də ABŞ qüvvələrinin Suriyanın ərazi bütövlüyünə təhdid olduğunu düşünürlər. ABŞ-ın burada bazalar qurduğunu görürük. Xüsusilə, kürdlərlə olan iş birliyi Suriyanın ərazi bütövlüyünə təhdid yaradır.
Lavrentyev dünənki açıqlamasında da ABŞ-ın İŞİD terror təşkilatı ilə mübarizə bəhanəsi ilə YPG/PKK terror təşkilatına yardımlarını tənqid etmişdi. Onun sözlərinə görə, 1500-ə yaxın İŞİD döyüşçüsü ilə mübarizə üçün 60 minlik YPG/PKK gücünə dəstəyin altında yatan səbəb Suriyadakı varlığını legitimləşdirməkdir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az