ABŞ-da arvadını öldürən azərbaycanlı həbsdə intihar etdi

ABŞ-da arvadını öldürən azərbaycanlı həbsdə intihar etdi
Bu ilin aprelində ABŞ-ın Viskonsin ştatında həyat yoldaşı, 23 yaşlı ukraynalı Tatyana Qujvanı qətlə yetirən Azərbaycan vətəndaşı Fuad Paşayev özünü öldürüb.

Miq.az qafqazinfo-ya istinadən xəbər verir ki, 31 yaşlı Paşayev mayın 6-da axşam saat 23:00 radələrində saxlanıldığı təcridxanada nəzarətçilər tərəfindən ölü tapılıb. 
Viskonsin-Dels şəhərinin polis departamentinin məlumatına görə, F. Paşayev kamerada tək saxlanılıb. Onun intihar etdiyi bildirilir. 
Xatırladaq ki, T. Qujvanın meyiti aprelin 4-ü axşam saatlarında Vaşinqton bulvarında yerləşən evdə tapılıb. Paşayevə qarşı hələ yanvar ayında məişət zorakılığına görə 11 bənd üzrə ittiham irəli sürülüb. Belə ki, o zaman da zərərçəkmiş Tatyana olub.
Qeyd olunur ki, T. Qujva hələ yanvarın 3-də polisə müraciət edərək  Paşayevin onu öldürəcəyindən qorxduğunu deyib. O bildirib ki, birlikdə yaşadıqları üç il ərzində Paşayev alkoqollu içkilər qəbul edib və dəfələrlə onu döyüb.

Cütlüyün iki yaşlı qızı var.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az