ABŞ-dan Ermənistanla bağlı - Xəbərdarlıq

ABŞ-dan Ermənistanla bağlı - Xəbərdarlıq

ABŞ Ermənistana səyahət edərkən koronavirus riski ilə bağlı qiymətləndirməsini yüksəldib.

Miq.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Açıqlamada Ermənistanla risk dərəcəsinin üçüncü səviyyəyə qaldırıldığı, ABŞ vətəndaşlarına "Səyahət planlarınıza yenidən baxın” xəbərdarlığı edildiyi bildirilib.

Eyni zamanda, İsrailə səyahətin risk dərəcəsi də üçüncü səviyyəyə qaldırılıb.

Qırğızıstan, İspaniya, Portuqaliya və Kipr üçün təhlükə ən yüksək, dördüncü kateqoriyaya qaldırılıb. Departament ABŞ vətəndaşlarını həmin ölkələrə səyahət etməkdən imtina etməyə çağırıb.

Ukrayna üçün təhlükə səviyyəsi ikinci səviyyəyə endirilib və vətəndaşlara ora gedərkən diqqətli olmaq tövsiyə olunub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az