ABŞ-ın Azərbaycandakı səfirliyindən MÜHARİBƏ XƏBƏRDARLIĞI

ABŞ-ın Azərbaycandakı səfirliyindən MÜHARİBƏ XƏBƏRDARLIĞI

ABŞ səfirliyi çağırış etdi: Abşerondan kənara çıxmayın!

ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda yaşayan Amerika vətəndaşlarına Abşeron yarımadasından çıxmamağı tapşırıb.

Miq.Az xəbər verir ki, bununla bağlı səfirliyin rəsmi səhifəsində məlumat yayılıb.

Səbəb isə son günlər Azərbaycan-Ermənistan sərhədində artan müharibə təhlükəsi göstərilib.

Azərbaycandakı ABŞ vətəndaşlarına yeni xəbərləri izləməyə davam etmələri tövsiyə olunur. ABŞ səfirliyi öz vətəndaşlarını kütləvi yerlərdə diqqətli olmağa və baş verə biləcək hər hansı bir nümayişdən çəkinməyə çağırıb.

"Səfirlik təhlükəsizliklə bağlı vəziyyəti izləməyə və ehtiyac olduqda əlavə məlumat verməyə davam edəcək”, - məlumatda qeyd olunub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az