ABŞ-ın gizli silahı üzə çıxdı: Cəmi 2 dəfə istifadə olunub

ABŞ-ın gizli silahı üzə çıxdı: Cəmi 2 dəfə istifadə olunub
ABŞ-ın sahib olduğu gizli raketlə bağlı məlumat ortaya çıxıb.

Cebhe.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ administrasiyasında yüksək vəzifə tutmuş şəxsə istinadən yazıb.
Məlumata görə, ABŞ hökuməti "R9X" yüksəkdəqiqlikli raket hazırlayıb. Bu raket partlayış olmadan da məqsədə çata bilir.
Silahın çəkisi 45 kiloqram, uzunluğu 1,5 metrdir. Qəzetin yazdığına görə, raket "Hellfire"in modifikasiyasıdır. Döyüş başlığı yerinə böyük kəsici daşıyır və o, toqquşmaya bir neçə saniyə qalan çıxır.
O da bildirilir ki, raketdən olduqca nadir hallarda istifadə olunur. Administrasiya rəsmisi qeyd edib ki, sözügedən texnologiyanın istifadəsi dinc əhali arasında zərəri və ölü sayının kəskin azalmasına səbəb olur.
2011-ci ildə etibarən silahın işlənib hazırlanmasına başlanılıb. Ondan indiyədək iki dəfə istifadə edildiyi vurğulanıb - 2017-ci ilin fevralında İdlibdə və 2019-cu ilin yanvarında terrorçuların zərərsizləşdirilməsində.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az