ABŞ kəşfiyyat təyyarəsi Rusiyanın cəmi 35 kilometrliyindən uçub

ABŞ kəşfiyyat təyyarəsi Rusiyanın cəmi 35 kilometrliyindən uçub
ABŞ-ın Almaniyadakı Ramşteyn aviabazasından havaya qalxan E-8C kəşfiyyat təyyarəsi Rusiya sərhədlərinin cəmi 35 kilometrliyindən uçub. Virtualaz.org xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi bildirir.

"Ramşteyn aviabazasından qalxan E-8C təyyarəsi 5 saat 13 dəqiqə ərzində Qara dənizin şimal-şərq, şimal-qərb və mərkəzi hissəsi üzərində dövrə vurub. Rusiya Federasiyasının hava sərhədlərinə minimal yaxınlaşma 35 kilometr təşkil edib”,-məlumatda deyilir.

Müdafiə Nazirliyi bildirir ki, Rusiya Hava Kosmik Qüvvələrinin radiolokasiya vasitələri ölkənin hava səırhədlərinə yaxınlaşan təyyarəni onun bütün uçuşu ərzində izləyiblər.

Qeyd edək ki, Rusiya son günlər Ukrayna sərhədlərinə iri qoşun qruplaşmaları cəmləşdirir. Bununla bağlı ABŞ da Qara dənizdə fəallığını artırıb, regiona iki hərbi gəmi göndərib və kəşfiyyat uçuşlarını intensivləşdirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az