ABŞ nöqtəni qoydu: “Bunu İran üçün etməyəcəyik”

ABŞ nöqtəni qoydu: “Bunu İran üçün etməyəcəyik”

ABŞ İranın nüvə danışıqlarına qayıtması üçün bu ölkəyə qarşı sanksiyaların yumşaldılmasına dair birtərəfli qərar qəbul edə bilməz.

Miq.Az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

"Biz çox açıq şəkildə bildirdik ki, danışıqların irəliləməsi üçün yem kimi görünə biləcək birtərəfli addımlar atmayacağıq”, - Prays söyləyib.

Onun sözlərinə görə, əldə edilmiş razılaşmalara qarşılıqlı qayıtmaq həm ABŞ-ın, həm də "Altılıq” qrupunun digər üzvlərinin maraqlarına uyğundur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az