ABŞ ordusu terrorçulara təlim keçir - ermənilər də var

ABŞ ordusu terrorçulara təlim keçir - ermənilər də var

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın şimal-şərqindəki Hasakah vilayətində 400 YPG/PKK terrorçusuna silahlı təlim keçir.

Miq.Az Unikal.org-a istinadən xəbər verir ki, 3 aylıq təlim zamanı yüngül, orta və ağır silahların istifadəsi, kəndlərə basqın kəşfiyyat üsulları terrorçulara izah edilib.

Məlumata görə, koalisiya qüvvələrinin təlimi Hasakidəki Əbdüləziz dağında olub.

Silahlı təlimlərini bitirən terrorçuların YPG/PKK sıralarına qatılacağı bildirilib.

Görüntülərdə Ermənistanın bayrağının da olması diqqət çəkib. Bildirilir ki, həmin qruplar Ermənistana aid çoxsaylı terror təşkilatlarından biridir.

Hazırda Suriyada ABŞ-ın himayəsi altında fəaliyyət göstərən Fransız əsgərlər də tez-tez terrorçulara topçu təlimləri verirlər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az