ABŞ ŞOKDA - Kəşfiyyat Rusiyanın məxfi sınaqlarını ELAN ETDİ

ABŞ ŞOKDA - Kəşfiyyat Rusiyanın məxfi sınaqlarını ELAN ETDİ

Rusiyanın "S-500” yeni nəsil hava hücumundan müdafiə sisteminin məxfi sınaqları müvəffəqiyyətlə keçib.

Miq.Az xəbər verir ki, bu haqda Amerika kəşfiyyatının məruzələri ilə tanış mənbələrə istinadən CNBC telekanalı bildirib.

Telekanal xəbər verir ki, "S-500” 481 kilometr məsafədə olan hədəfi vura bilib. Bu, demək olar ki, daha əvvəlki sınaqlarda qeydə alınan göstəricidən 80 kilometr daha çoxdur.

"Rusiya iddia edir ki, zenit-raket sistemi hipersəsli raketləri, uçuş aparatları, pilotsuz təyyarələri, həmçinin "F-22” və "F-35” kimi döyüş təyyarələri zərərsizləşdirmək imkanına malikdir. "S-500” bir neçə hədəfə dəqiq zərbələri vurmaqla, Kremlin hərbi imkanlarını genişləndirəcək”, - CNBC qeyd edib.

"S-500” "Yer-hava” tipli zenit raket sistemlərinin yeni nəslinə aiddir. O, raket əleyhinə müdafiənin yüksək potensialı ilə hətta ballistik raketləri vura bilər. Bundan başqa, "S-500” yaxın kosmosda demək olar ki, Yer kürəsinin səthindən yüz kilometr hündürlükdə obyektləri yaxalamağa qadirdir./Publika.az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az