ABŞ Türkiyə ətrafında hərbi bazalar qurur - Məqsəd nədir?

ABŞ Türkiyə ətrafında hərbi bazalar qurur - Məqsəd nədir?

Türkiyədən 40 kilometr uzaqlıqda yerləşən Dədəağacda hərbi baza yaradan ABŞ indi də Çanaqqala boğazının ətrafındakı adalar üzərində yeni bazalar qurmağı planlaşdırır.

Miq.Az xəbər verir ki, Pentaqonun yerləşmək istdiyi adaların Limni, Mnidilli, Semadirek və Skiri olmaqla, xüsusilə Limni adasından hava əməliyyatları məqsədilə istifadə edə biləcəyi qeyd olunur.

Qeyri-hərbi statusda olan bu adalarda məhdud sayda əsgər yerləşdirmək istisna olmaqla bazalar qurmaq Lozanna müqaviləsinin pozulması deməkdir.

Ehtimal olunur ki,ABŞ və Yunanıstan oktyabrın 14-15-də bir araya gələrək müdafiə razılaşması imzalayacağı gözlənilir. Gözlənilən odur ki, bu razılaşmada Dədəağacdan ABŞ-ın hərbi məqsədlər üçün istifadə etmə müddəti daha 5 il uzadılacaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az