ABŞ Türkiyəni sanksiyalarla hədələdi - “S-400” -ə GÖRƏ

ABŞ Türkiyəni sanksiyalarla hədələdi - “S-400” -ə GÖRƏ
Türkiyə Rusiyadan "S-400” tipli zenit-raket kompleksləri alacağı təqdirdə ABŞ rəhbərliyi Ankaraya qarşı sanksiyalar tətbiq edəcək. 

Unikal.org-un  "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yess Mitçell deyib.

"Biz açıq-aydın Türkiyəyə anlatdıq ki, "S-400”-lərin əldə edilməsi fəsadlarla nəticələnəcək. Biz "Sanksiyalar vasitəsilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə” haqqında qanuna uyğun olaraq sanksiyalar tətbiq edəcəyik”, - deyə Mitçell qeyd edib.

Onun sözlərinə görə, adıçəkilən sövdələşmə Türkiyə-ABŞ münasibətlərinə zərbə olacaq və əvvəlki əlaqələrin bərpasını çətinləşdirəcək.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az