Abşeronda 6 il əvvəl törədilmiş cinayətin üstü açılıb –Açıqlama

Abşeronda 6 il əvvəl törədilmiş cinayətin üstü açılıb –Açıqlama
Polis əməkdaşları Abşeron rayonu ərazisində 6 il əvvəl törədilmiş cinayətin üstünü açıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, 2013-cü ilin dekabr ayında Y.Əliyevin idarə etdiyi "Mercedes” markalı avtomobilə sərnişin qismində əyləşən şəxs avtomobilin təhlükəsizlik kəmərini onun boğazına keçirib boğacağı ilə hədələyərək 100 manat pulunu, 2 ədəd mobil telefonunu və avtomobilin açarını alıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş E.Çərkəzov müəyyən edilərək saxlanılıb, araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az