Abşeronda ikinci beynəlxalq aeroport tikiləcək

Abşeronda ikinci beynəlxalq aeroport tikiləcək
2035-ci ilə qədər Abşeron yarımadasında ikinci sərnişin hava limanı tikiləcək. 

Miq.az Trend-ə istinadən bildirir ki, bu layihə Bakı ərazisinin zonalaşdırılması və istifadəsi planında nəzərdə tutulub.

Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə açıqlamasında deyib ki, hava limanının tikintisi şəhərin cənub zonasında - Ələt qəsəbəsi ərazisində nəzərdə tutulur.

O əlavə edib: "Bakı Beynəxalq Aeroportunun ötürmə qabiliyyəti 2035-ci ilə qədər sərnişin axınını tam həyata keçirə biləcək. Lakin turizmin inkişaf tempini, Ələtdə azad ticarət zonasının yaradılmasını nəzərə alaraq biz duşunuruk ki, daha bir beynəlxalq aeropotun inşasına ehtiyac var".
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az