ADNAN OKTARIN EVİNDƏN SİLAH CƏBHƏXANASI ÇIXDI – FOTO+ VİDEO

ADNAN OKTARIN EVİNDƏN SİLAH CƏBHƏXANASI ÇIXDI – FOTO+ VİDEO
Adnan Oktar və dəstəsinin ələ keçirilməsi istiqamətində səhərə yaxın İstanbulda başlayan əməliyyat zamanı yüzlərlə silah-sursat ələ keçirilib.

 Milli.Az xəbər verir ki, Oktarın Çengelköydəki evində aparılan axtarışlarda ələ keçirilənlər İstanbul Polis İdarəsinə gətirilib. Gətirilənlər arasında silahların da olduğu məlum olub.
Müxtəlifi marka və ölçülərdə tüfənglərlə yanaşı, Oktarın yüzlərlə tapançası olduğu da aşkar edilib.
Bu dəqiqəyə qədər 166 şübhəlinin saxlanıldığı əməliyyat çərçivəsində çox sayda ünvanda araşdırma aparıldığı, axtarışlara polis helikopterinin və dəniz polisinin də dəstək verdiyi deyilir. Saxlanılanlar arasında Adnan Oktarın vəkilləri də var.
 
 

***

ADNAN OKTAR SAXLANILDI – Siyasi və hərbi casusluq, uşaqlara qarşı cinsi təcavüz 
1531289375_ollll

Türkiyədə "Adnan hoca” kimi tanınan Adnan Oktar və onun şəbəkəsinə qarşı polis əməliyyatı başlayıb.APA-nın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, əməliyyat İstanbul başda olmaqla, 5 vilayətdə keçirilir. Əməlyyata polis helikopterləri də cəlb olunub.

A. Oktar İstanbulun Çəngəlköy məhəlləsində yerləşən villasında polis tərəfindən saxlanılıb. A. Oktar və mühafizəçilərinin əməliyyat zamanı polisə müqavimət göstərdikləri bildirilir.

A. Oktar cinayət şəbəkəsi qurmaq, siyasi və hərbi casusluq, uşaqlara qarşı cinsi təcavüz və digər əməllərdə ittiham olunur.

Polisdən verilən açıqlamada Adnan Oktarın cinayət şəbəkəsinə daxil olan 235 şübhəli şəxsə qarşı əməliyyat başlandığı bildirilib.

36916321_10214750068338070_2826765964614303744_n

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az