Aksiz vergisindən azad alkoqollu içkinin və siqaretin həcmi azaldılır

Aksiz vergisindən azad alkoqollu içkinin və siqaretin həcmi azaldılır
Azərbaycanda fərdi istehlak üçün ölkəyə gətirilən aksiz vergisindən azad alkoqollu içkinin və siqaretin həcmi azaldılır.

"APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, bu, Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, fiziki şəxsin fərdi istehlakı üçün ölkəyə gətirdiyi 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret aksiz vergisindən azaddır. Mövcud qanunvericiliyə görə, fiziki şəxslər idxal olunan 3 litr alkoqollu içki, 600 ədəd siqaretə görə aksizdən azad idilər.

Dəyişikliklə əlaqədar Vergi Məcəlləsinə 194.1.2-ci maddə əlavə edilir. Yeni maddəyə görə, aksiz markasının verilməsinə görə "Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az