Alimdən millət vəkili Fazil Mustafaya TUTARLI CAVAB -"Nihilist şeyx..."

Alimdən millət vəkili Fazil Mustafaya TUTARLI CAVAB -
 
Şeyx Məhəmməd Xiyabaniyə də çamur atdılar... 
 
AMEA-nın aparıcı elmi işçisi, Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Şahin Bağırov feysbuk səhifəsində millət vəkili Fazil Mustafanı tənqid edib. Yazını adı çəkilən alimin feysbuk səhifəsinə istinadən oxuculara təqdim edirik: 

"Nihilist mövqeyilə gündəmi zəbt eləyən savadsızın kvadratı yoxee, kubu hesab olunan Fazil Mustafa Şah İsmayıl Ordeninin ləğv olunması barədə dediklərini şərh edərkən, Xiyabaniyə də bir əlcək atıb... 

Ta Azərbaycan tarixində bunun çamur atmadığı şanlı səhifələr yazmış kişi qalmadı... Bu nihilistin dediyinə görə, "1915-ci ildə Osmanlı Ənvər Paşanın göstərişi ilə Xəlil Paşa Təbrizi tutur. Azərbaycanı, Qafqazları birləşdirmək ideyasını gerçəkləşdirməyə çalışanda ona azərbaycanlılar müqavimət göstərirlər. İrançılıq zehniyyətimizdə qalır. 1918-ci ildə həmin qoşun Təbrizə girir və o vaxt Xiyabanı daşnaklarla birləşib onunla savaşır, onun uğur qazanmasına imkan vermir." Biabırçılıqdır !!! Nə edək, cavab verməliyik... Birincisi, 1918-ci ildə l Dünya müharibəsi yekunlaşırdı, Osmanlı imperiyası dağlıb gedirdi...
 
Öz şəhərlərini heç əldə saxlaya bilmirdilər. Mondros müqavilıəsinə əsasən heç Bakıda da qala bilmədilər... Bu, hansı Təbrizi birləşdirməkdən danışır ? İkincisi, nihilist şeyx, anlamır ki, Osmanlı ordusu ANTANTA-ya qarşı müharibə aparırdı, İranda İngilis və Rus (kazaklar) qoşunları lövbər salmışdı. Xiyabaninin böyüklüyü (bəlkə də fanatlığı) onda idi ki, nə ingilisə, nə rusa, nə də fransıza baş əymədi. Halbuki, ingilis konsulu onun qurduğu hökümətə dəstək verəcəklərini və maddi yardım edə biləcəkləri üçün dəfələrlə təkliflər vermişdir. İngilis konsulunu qapısından qovmuşdu... Heç bir tərəfə sapınmadığından ondan şübhələnirdilər. Alman konsulu Xiyabanini çalmalı rus agenti adlandırırdı. Ruslar isə onu ingilis agenti adlandırırdılar... Xiyabani hərakatını dərk etmək üçün İran Məşrutə hərakatı tarixini bilmək lazımdır, Fazil Mustafa! Onun üçün Səttarxan-Bağırxan hərakatını mənimsəməli, sonra isə Laruti və Xiyabani hərakatına baş vurmaq lazımdır... Xiyabani hərakatı bilavasitə, Məşrutə hərəkatının (Sosial demokrat) davamı idi... M.S.Ordubadinin Dumanlı Təbriz, Abbas Pənahi Makulinin Səttarxan romanlarını oxu, sonradan elə Abbas Pənahinin Xiyabani romanına baş vur. Ardıcıllığı pozma, əsla! Onda anlayarsan, Xiyabani kim idi ! Xiyabanini müdafiə edən yeganə qüvvə Kürd Muxtariyyəti başçıları olublar ! Xiyabani daşnaklarla yox, erməni məşrutəçilərlə (sosial demokratlar) birlikdə mübarizə aparıblar. (Təxti-Səltənət Xiyabaninin başını kəsdirib və onun kəsilmiş başını faytona qoyub Təbriz küçələrində gəzdiriblər.) Türkləri ora kim dəvət etmişdi ? Nihilist şeyx, sənin məqsədin aydındır : parçalanmanı nəinki dini kəsim arasında, hətta türkçü qüvvələr arasında da salmaq niyyətin lap uzaqdan görünməkdədir... Cidanı çuvalda gizlətmək olmaz... (Şah İsmayılla bağlı dediklərinin də cavabı gələcək!)"

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az