Allahşükür Paşazadə Ağdam səfərindən danışıb: “Həmin şəhər yoxdur, ürəyim ağrıdı”

Allahşükür Paşazadə Ağdam səfərindən danışıb: “Həmin şəhər yoxdur, ürəyim ağrıdı”

"İşğaldan əvvəl Ağdama tez-tez gələrdim. Ağdamın özü ilə tanışlığım, bu rayonda dostlarım var idi. Buraya axund da təyin etmişdim. Bugünkü namaz qıldığım məscid mənim üçün əziz olub”.

Miq.Az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

QMİ sədri qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu: "Elə o vaxtdan Ağdam binaları və insanlarının gözəlliyi ilə seçilirdi. Bu səfərə gələndə ürəyim ağrıdı. Həmin Ağdam yoxdur. Yol boyu insanların minaları təmizləmək üçün xüsusi geyimdə işlər gördüyünü müşahidə etdim”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az