Ana körpəsini daşın üstünə qoyub narkotik istifadə etdi

Ana körpəsini daşın üstünə qoyub narkotik istifadə etdi

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin özünün İnstaqram sosial şəbəkəsindəki səhifəsində paytaxtın Yasamal rayonunda yerləşən Şaurma 1 kafesinin yanında ananın öz körpəsini daşın üzərinə qoyaraq narkotik vasitələrdən istifadə etməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılıb.

Bu barədəBaş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalarla Rövşanə Kərimovanın azyaşlı uşağı ilə birlikdə küçələrdə dilənməsi, tüfeyli həyat tərzi keçirməsi, daimi yaşayış yerinin olmaması, narkotik vasitə aludəçisi olması müəyyən edilib. Qeyd olunan səbəblərə görə onun barəsində müvafiq məlumatlar toplanılaraq aidiyyəti Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına təqdim olunub. Rövşanə Kərimovanın azyaşlı uşağının dövlət himayəsində olan uşaq müəssisəsinə yerləşdirilməsi qərara alınıb.

Mövcud vəziyyətdə uşağın təhlükəsizliyinin təmin edilməsi üçün Baş Prokurorluq tərəfindən aidiyyəti rayon məhkəməsinə Rövşanə Kərimovanın valideynlik hüququnun məhdudlaşdırılması barədə mülki iddia qaldırılıb.





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az