Anar Nağılbaz dünyasını dəyişdi

Anar Nağılbaz dünyasını dəyişdi

Bü gün, avqustun 4-də, məşhur azərbaycanlı rep ustası Anar Nağılbaz dünyasını dəyişib. Bu barədə məlumatı mərhum müğənninin qohumları məlumat verib.

Hələlik məşhur ifaçının ölümünün səbəbləri açıqlanmır.

Populyar azərbaycanlı rep ustası Anar Cəbiyev (Nağılbaz) 1974-cü ilin mart ayının 28-də anadan olub. Müğənni karyerasına 1988-ci ildə başlayıb. Bir çox məşhur mahnıların müəllifi və ifaçısıdır.
 
Anar Nağılbazın anası Şərqiyyə Cəbiyeva REAL-a açıqlamasında oğlunun ölümünü təsdiqləyib. Ailə üzvləri bildiriblər ki, reperin ölümünə uzun müddətdir çəkdiyi stres səbəb olub.

Qeyd edək ki, Anar Nağılbaz 1974-cü il martın 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində dünyaya gəlib. Replə ilk dəfə 1988-ci ildən etibarən məşğul olub.

1991-ci ildə "Aysel” miniatür teatr studiyasını yaradıb. 1990-1992-ci illərdə "Kirpi” jurnalının, 1993-1995-ci illərdə "Naxçıvan” qəzetinin müxbiri olub.

Böyük səhnəyə 1993-cü il fevralın 28-də "Canlı klip” teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.

44 yaşlı rep ifaçısı 2 dəfə evlənib. Onun Anjelika adlı ilk həyat yoldaşından 2 övladı var. Bu ilin iyununda isə Aytən adlı xanımla ailə qurmuşdu.

O, keçmiş deputat Rizvan Cəbiyevin oğludur.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az