Anasının böyüdüyü kəndi alıb, sonra Şəhid oldu
Cəfərov Vüqar İnşallah oğlu 23 mart 1991-ci ildə Nizami rayonunda anadan olub. DİN-nin Daxili Qoşunlarında XTD-də 10 il qüsursuz xidmət edib.
Cəbrayıl-Fizuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Qardaşı Hacı Cəfərov İnşallah oğlu Miq.az saytı və Səngər səhifəsinə verdiyi məlumata görə, qardaşı Cəfərov Vüqar anasının doğulub boya- başa çatdığı Cəbrayıl rayonu, Məzrə kəndinin işğaldan azad olduğu gün şəhid olub.
Qardaşı bizimlə söhbətində igidimizin digər qəhrəmanlıqlarından da danışdı:
"Vüqarın döyüş yoldaşlarının verdiyi məlumata görə, qəhrəmanımızın öldürdüyü ermənilərin içərisində "Vəhşi" ləqəbli Xocalı soyqrımı iştirakçısı olmuş, düşmən polkovniki də olub.
Xocalının qisasını alan qəhrəman şəhidimiz sinəsindən iki güllə yarası almağına baxmayaraq, düşmənə doğru irəliləyir. Yaxın məsafədə mövqe tutub əlindəki PK-nı sinəsinə dirəyərək 20 dən çox düşməni məhv edib.
...9 ay idi ki, nişanlanmışdı"
Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm.
Miq.Az