Aparıcıdan Teymur Əmraha ağır sözlər: "Başın boşdur, cəhənnəm ol"

Aparıcıdan Teymur Əmraha ağır sözlər:

Aparıcı-aktyor Sərxan Kərəmoğlu onu tənqid edən Əməkdar artist Teymur Əmraha cavab verib.

Sərxan "Show nesws” verilişində müğənninin ünvanına bu sözləri deyib:

"Teymur Əmrahın çox gözəl yaddaşı var. Birdə görürsən ki, mənə deyir ki, filankəs neçənci ildə doğulub? Cavabında deyirəm ki, cəhənnəm ol, əcəb edirəm bilmirəm. Sənin həyatda nə problemin var ? Arvad, uşaq, ailə problemin yoxdur. Başın boşdur, məlumatları ora yükləyirsən. Mənimsə başım doludur. İçərisində yer yoxdu. Mənə deyir ki, sən ali məktəbə daxil oldun, oxumadın. Teymur, sənin işin-gücün yox idi deyə gedib oxudun. Mən elə bir vaxtda ali məktəbə daxil oldum ki, ailə bir tərəfdə, atamı da itirdim. Mən o zaman oxumaqla, yoxsa problemlərimlə məşğul olmalı idim? Sənətkar olmaq üçün sənətkar doğulmaq lazımdır. Sınıqçının yanına gedəndə ondan ali diplom tələb edirik?” (Lent.az)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az