Araz Ağalarovun qardaşı qızının evi qarət olundu

Araz Ağalarovun qardaşı qızının evi qarət olundu
"Crocus Group”un prezidenti Araz Ağalarovun qardaşı qızı, iş xanımı Səbinə Ağalarovanın Rusiyanın Moskva şəhərindəki evi qarət olunub.

"Qafqazinfo” "REN TV”yə istinadən xəbər verir ki, iş xanımı polisə müraciət edərək şəhərin Leninsk prospektində yerləşən mənzilindən külli miqdarda pulun oğurlandığını bildirib.
Evini avqustun 9-da tərk edən Səbinə ora yalnız 10 gün sonra dönüb. Seyfini yoxlamayan Ağalarova daha sonra oradan 25 min dolların, eləcə də 2 ədəd xəz paltonun yoxa çıxdığını görüb. Oğrular ev sahibəsinin qiymətli bəzək əşyalarına toxunmayıb.
S. Ağalarova öz əməkdaşlarından və mühafizəçisindən şübhələnir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az