Arif Quliyev karantini pozdu və polisi belə aldatdı - Video

Arif Quliyev karantini pozdu və polisi belə aldatdı - Video

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyasına qarşı ölkə ərazisində elan etdiyi xüsusi karantin rejiminə əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib.

Miq.Az Report-a istinadla xəbər verir ki, mübarizə tədbirləri çərçivəsində polis əməkdaşlarının paytaxt küçələrində apardığı reyd zamanı xalq artisti Arif Quliyevin qadağanı pozduğu müəyyən edilib.

Arif Quliyev tibbi maskadan istifadə etsə də, yanındakı 70 yaşlı şəxsdə qoruyucu vasitə olmayıb. Bunu görən polis əməkdaşı həmin şəxsə dərhal qoruyucu maska verib, onların əlinə spirt vurub.

A.Quliyev isə polisi aldatmağa cəhd edib. Polisin "neçə yaşınız var" sualına o, "65 yaşım olacaq" deyib.

Əslində isə A.Quliyevin 69 yaşı var. Onun polisə "65 olacaq" deməsindən görünür ki, xalq artısti 65 yaşdan yuxarı şəxslərin evdən çıxma qadağası haqda müfəssəl məlumata malikdir, buna baxmayaraq, əməl etməyib.

Polisin "Arif müəllimin 65 yaşı tamam olmamasına baxmayaraq" sözlərindən isə aydın olur ki, A.Quliyev istəyinə nail olub, polisi aldadıb.

Xalq artisti ilə maarifləndirici söhbət aparılıb, ona karantin qaydaları izah edilib və o, yaşadığı ünvana göndərilib.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az