Asılmış meyitləri tapılan ana və qızının kimliyi məlum oldu - Bakıda DƏHŞƏT

Asılmış meyitləri tapılan ana və qızının kimliyi məlum oldu - Bakıda DƏHŞƏT

Bakıda dəhşətli hadisə baş verib.

Miq.Az xəbər verir ki, Yeni Suraxanı qəsəbəsində kirayə yaşayan Qasımova Aidə Ələkbər qızının və onun qızı Qasımova Fatimə Daşqın qızının mənzildə asılmış vəziyyətdə meyiti tapılıb.

Sabirabad rayonunun sakini olan ana və qızının bir neçə ay əvvəl Bakıya köçdüyü bildirilir. A.Qasımova bir müddət əvvəl həyat yoldaşından boşanıbmış. Onun keçmiş əri rayonda tanınmış mollalardan sayılır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri bakupost.az saytı yayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az