Ağstafada dörd 15 yaşlı hamilə xəstəxanaya gətirilib? - RƏSMİ AÇIQLAMA

Ağstafada dörd 15 yaşlı hamilə xəstəxanaya gətirilib? - RƏSMİ AÇIQLAMA
Ağstafa rayonunda mayın 23-də bir gün ərzində 15 yaşlarında olan 4 hamilənin  Ağstafa Rayon Mərkəzi Xəstəxanasına daxil olduğu bildirilir.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Ağstafa Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Leyla İsayeva bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir:
"Rayonun prokuroru, Səhiyyə şöbəsinin müdiri, Doğum Şöbəsinin müdiri ilə  əlaqə saxlamışıq .Belə bir məsələnin olub-olmadığını soruşmuşuq. Bütün dövlət qurumlarının rəhbərliyi səviyyəsində bildirilib ki, Ağstafa rayonu ərazisində belə hadisə baş verməyib".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az