Astarada olay: Axtarışda olan şəxs saxlanılarkən polisə silah çəkdi (FOTOLAR)

Astarada olay: Axtarışda olan şəxs saxlanılarkən polisə silah çəkdi (FOTOLAR)

Polisi silahla hədələyən axtarışda olan şəxs tərksilah edilib.

DİN-dən Miq.Az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Dəyanət Əliyevin saxlanılması istiqamətində yaşadığı Ərçivan qəsəbəsində keçirdikləri əməliyyat tədbirləri zamanı o, tüfənglə əməliyyat qrupunu hədələyib.

Polis əməkdaşlarının çevikliyi sayəsində D.Əliyev tərkisilah edilərək şöbəyə gətirilib.

Şəxsi axtarış zamanı ondan lüləsi və qundağı kəsilmiş 1 ədəd tüfəng, 3 ədəd patron, həmçinin narkotik vasitə olan heroin və metafetamin aşkar edilərək götürülüb.

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.


Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az