"ATƏT Qarabağ münaqişəsinə göz yummamalıdır" - Aleksandr Lukaşenko


Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ATƏT Avropa regionunda münaqişələrə göz yummamalı, təhlükəsizlik sahəsində mövcud problemlərin müzakirəsi üçün təşkilata üzv ölkələrin dövlət başçıları görüş keçirməlidir.

Azvision.az RİA "Novosti”yə istinadən xəbər verir ki, Aleksandr Lukaşenko ATƏT PA sədri Giorgi Tsereteli ilə görüşü zamanı bildirib ki, nizamlanması lazım olacaq xeyli problemlər yğılıb qalıb: 

"Dağlıq Qarabağ, Dnestryanı, indi də Ukraynada çox ciddi münaqişə mövcuddur. Bunu artıq çoxları müharibə adlandırır. Bu məsələlərə zəif münasibət bildirdiyinə görə ATƏT-i çox vaxt tənqid edirəm, halbu ki, bütün bunlar Avropada təhlükəsizliklə bağlı təşkilat olan ATƏT-in birbaşa səlahiyyətinə aiddir. Təşkilat Avropa regionunda təhlükəsizliyin təmin olunmasına xidmət etməlidir. Və bu kimi problemlərə heç bir halda göz yümmaq olmaz". 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az