ATƏT qoşunların təmas xəttində monitorinq keçirib

ATƏT qoşunların təmas xəttində monitorinq keçirib
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu gün Xocavənd rayonu ərazisində baş tutan monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfindən A.Kaspşiklə yanaşı, onun səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller aparıblar. 
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçiriblər. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az