Avtomobil Xırdalanda iki şagirdi vurub ağır xəsarət yetirdi

Avtomobil Xırdalanda iki şagirdi vurub ağır xəsarət yetirdi
Abşeronda avtomobil iki şagirdi vurub.

Hadisə Xırdalan şəhərində baş verib

"Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında gedən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri olan iki qızı vurub. Nəticədə məktəblilər ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Xəsarət alanlardan biri – Fidan adlı şagird komaya düşüb.

Hadisənin başvermə anı yaxınlıqdakı müşahidə kamerasına düşüb.

Faktla bağlı araşdırma aparılır. (report)




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az